Qurban Qurbanovdan Şehiç açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ərzurumspor"un bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiçin transferi ilə bağlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı qapıçını icarəyə götürmək isədiklərini, ancaq bunun baş tutmadığını bildirib:

 

"Əlimizdə konkret razılıq yoxdur. Maraqlanmışdıq, ancaq Şehiçin müqaviləsi var. Ona görə də danışıqlarımız baş tutmayıb, razılığa gələ bilməmişik. Buna baxmayaraq, başqa variantlar var. Şehiçi icarəyə götürmək üçün danışıqlar aparılırdı. Hələ ki, heç bir əsas yoxdur. Digər iki variantımız da var. Başqa mövqe oyunçuları da siyahıdadır. Danışıqlar gedir, əgər alınsa, sabah yenilik ola bilər. Bilmirik, alınacaq, ya yox".

 

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right