"Neftçi"də məşqçi təyinatı

"Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçi vəzifəsinə Elman Sultanov təyin olunub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.

Futbolçu kimi 1994/1995 mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasına, həmçinin "Bakılı”ya rəhbərlik edib. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right