"Neftçi"də yeni baş məşqçi

"Neftçi” Futbol Akademiyasına yeni məşqçi cəlb olunub. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, U-17 komandasının baş məşqçisi müəyyənləşib.

Rəhbərlik bu vəzifəyə Elman Sultanovu təyin edib. 45 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb. Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.

Qeyd edək ki, futbolçu kimi 1994-95 mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasını, həmçinin "Bakılı”nı çalışdırıb. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right