Yığmamız 7-ci oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində son oyununu keçirib. 

Newsport.az xəbər verir ki, 7-ci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşan komandamız 3:1 hesablı qələbə qazanıb. 

Yığmamızın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib.

Qeyd edək ki, millimiz buna qədər İsrailə 0:6,  Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right