“Qarabağ” Delarjı göndərdi

“Qarabağ” Con Delarjla yolları ayırıb. Newsport.az futbolpress.az-a istinadən xəbər verir ki, tərəflər arasında uzun müddətdi davam edən danışıqlar, nəhayət, nəticə verib.

Konqolu futbolçu Ağdam klubunu tərk etməyə razılaşıb. Qarşılıqlı razılıq əsasında müqavilə ləğv edilib və 29 yaşlı vingerə azad agent statusu verilib.

2018-ci ilin yayında Türkiyənin “Bursaspor” klubundan “Qarabağ”a keçən Delarj burda meydana çıxdığı 19 matçda 3 qol vurub. O, bu ilin qışından Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right