Vüqar Məmmədin məğlubiyyət şərhi: "Bu cür oyunların nəticəsi önəmli deyil"

Viktor Bannikov beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət milli qrupda sonuncu oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, geridə qalan hər iki görüşü uduzan milli son turda Latviya yığması ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

 

Yığmanın çalışdırıcısı Vüqar Məmməd federasiyanın saytına açıqlamasında məğlubiyyəti şərh edib:

 

"Həddindən artıq ağır oyun oldu. Təəssüf ki, yaratdığımızdan qol imkanlarından istifadə edə bilmədik. Oyuna nəzarət edən tərəf biz idik. Hesab məni qane etməsə də, futbolçularımın oyuna diqtə etməsindən razı qaldım.

 

Bu cür oyunların nəticələri önəmli deyil. Əsas uşaqlar beynəlxaq səviyyədə oyunlarda güclü rəqiblərlə qarşılaşaraq təcrübə qazanırlar. Ümumi götürdükdə komandanın oyununda inkişaf hiss olunur. İlk oyundan fərqli olaraq, bu görüşdə həyəcanlı deyildilər, daha inamlı çıxış edirdilər.
 

Təqvim çox sıxdır, 5 günə 4 oyun oynamalıyıq. Bu turnir bizim üçün çox önəmli idi. Demək olar ki, bütün çatışmayan cəhətlərimizi gördük. Bundan sonra çatışmazlıqları aradan qaldırmaq üzərində çalışacağıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah