Federasiyadan cüdoçularla bağlı qalmaqala açıqlama

Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Elnur Əşrəfoğlu cüdoçularımız Hidayət Heydərov və Aişə Qurbanlının paylaşımlarına şərh yazan azarkeşləri təhqir etməsinə münasibət bildirib. Newsport.az-a açıqlamasında həmin profillərin saxta olduğunu deyib:

 “Bunu yazanlar bizim cüdoçular deyil. Feyk profillərdi. Birinci dəfə deyil ki, belə problemlərlə üzləşirik. Hidayətin adına feysdə 100 dənə profil var, amma onun özünün rəsmi səhifəsi yoxdur. Aişənin də adına həmçinin. Onun özünün rəsmi profili isə tamam başqadı. Çətin deyil ki, adlarını yazsanız feysdə, görəcəksiniz. Bir qrup adam var ki, belə profillərlə yazıb qəsdən aranı qızışdırırlar. İmkan verməyək ki, dırnaqarası dostlarımız belə şeylərdən istifadə etsinlər”.

Cüdoçuların özlərinin də tezliklə açıqlama verəcəyinə ümid edirik. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right