"Proyssen" AFFA-nı razı sala bilməyib

Rüfət Dadaşovun Azərbaycan millisinə çağırılması "Proyssen"i narahat edir. Newsport.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, Bundesliqa III klubu hücumçunun kubok oyununu buraxacağından narazıdı.

Münster təmsilçisinin idman direktoru Malte Metzelder forvardın yığmaya gec qoşulması istəyini AFFA-nın geri çevirdiyini söyləyib: "Biz Rüfətin kubok oyunundan sonra yığmaya getməsini istədik. Lakin AFFA buna razılıq vermədi. "Hanza" ilə çempionat matçından sonra, sentyabrın 1-də futbolçu ölkəsinə yollanacaq. Təəssüf ki, "Redinqhauzen"lə kubok oyununda bizə kömək edə bilməyəcək".

Dadaşov özü də məsələyə münasibət bildirib. O, "Redinqhauzen"ə qarşı oynamaq istəyinin olduğunu gizlətməyib: "Ancaq Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəfdi".

Qeyd edək ki, millimiz AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Uels, 9-da isə Xorvatiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right