Azərbaycan - Xorvatiya matçının biletləri satışa çıxarıldı

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya görüşünün biletləri satışa çıxarılıb. Newsport.az saytının məlumatına görə, qarşılaşmanı canlı izləmək istəyən azarkeşlər biletləri əldə edə bilərlər.

Qiymətlər isə fərqlidi. Belə ki, 4-cü kateqoriya 2 manat, 3-cü kateqoriya – 3 manat, 2-ci kateqoriya – 4 manat, 1-ci kateqoriya – 5 manat, VIP isə 20 manatdı.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right