"Azarkeşlər "Mançester Yunayted"lə eyni qrupa düşməyimizi istəyər" Maksim Medvedev

Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev jurnalistlərə müsahibə verib.
 
Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu öncə oyunu şərh edib:

 

- İlk oyundakı məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyədə idi. Çünki inanırdıq ki, evdə yaxşı oyun göstərib, bu komandanı uda biləcəyik. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq. Gücümüzə inanırdıq. Artıq rəqibi də yaxşı tanıyırdıq. Gözlədiyimiz kimi oynadılar. Buna hazır idik. Sona qədər nizam-intizamı qoruyub-saxlamağa çalışdıq ki, üstünlüyümüzü əldən verməyək. Sevinirik ki, 2:1 hesablı qələbə qazandıq və qrupa düşdük.

 

- Düşünümürsən ki, 2-ci qolu gec vurduz? Halbuki daha tez vurub, daha rahat oynaya bilərdiz...

- İlk qolu 6-cı, ikinci qolu isə sona yaxın vurduq. Futboldur, yaxşı imkanlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Qismət belə imiş.

 

- Hesab 1:0 olarkən komandada gərginlik var idi?

- Əlbəttə, var idi. Çünki rəqibin vuracağı bir qol hər hər şeyi korlaya bilərdi. Ona görə həm müdafiədə, həmdə hücumda yaxşı oynamağa çalışırdıq. Amma 2-ci qol bir az gec gəldi. Bu səbəbdən 90 dəqiqə əziyyək çəkdik.

 

- Yəqin ki, qol buraxdıqdan sonra hərşey daha da gərginləşdi...

- Əlbəttə, rəqibin 2-ci qolu vurması üçün vaxt var idi. Buraxdığımız qol da göstərdi ki, sonlara doğru hardasa rahatlaşmıdıq. Bu gün heç bir rəqiblə rahat oynamaq olmur.

 

- Ardıcıl 6-cı dəfə avrokuboklarda qruplara qaldınız. Bu dəfə məqsəd nə olacaq? Səncə, yeni hədəflər üçün komanda güclənməlidirmi?

- İnanaq ki, qrupumuza ağır komandalar düşməyəcək. Rəqiblərimizi tanıyandan sonra necə oynamalı olduğumuzu biləcəyik. Yeni oyunçularla bağlı baş məşqçi özü iş aparır. Nə alınırsa, edirlər.

 

- "Mançester Yunayted"lə eyni qrupa düşmək istərdiz?

- Bəlkə də bütün azarkeşlər "Mançester Yunayted"lə eyni qrupa düşməyimizi istəyir ki, Bakıda onları izləsinlər. Belə bir şey baş versə, əlbəttə ki, bizim üçün ağır olacaq. Qismət nədirsə, o da olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right