"Sabah" təcrübə proqramına başlayır

“Sabah” klubunun akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramı ilə bağlı seçimlərə başlayır.

Newsport.az-ın məlumatına görə, burda iştirak etməklə, dünyanın ən məşhur futbol akademiyalarından olan Zaqreb “Dinamo”sunun metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi olmaq olar.

Təcrübə proqramının müddəti 2 ildir. Layihəyə 18-28 yaşlı gənclər müraciət edə bilər. Namizədlərin ingilis dili biliyinin olması vacibdir. Təcrübə proqramı könüllülük əsasında həyata keçiriləcək. Nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right