Türkiyəli baş məşqçi rəsmən Region Liqa təmsilçisində

"Bakı"nın sabiq baş məşqçisi İbrahim Uzancanın "Şahdağ Quba"nın yeni çalışdırıcısı kimi təyinatı rəsmiləşib. Newsport.az  xəbər verir ki, 57 yaşlı türkiyəli mütəxəsssislə uzunmüddətli müqavilə imzalanıb.

Belə ki, əslən Adanadan olan Uzunca 3 il əyalət təmsilçimizin "sükanı arxası"nda olacaq. 2010-cu ildən 2015-ci ilədək "Bakı"da fəaliyyət göstərən təcrübəli mütəxəssisin ən son iş yeri Türkiyə 3-cü liqasında çıxış edən "Osmaniyespor" klubu olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right