“Qarabağ”la oyunun qəhrəmanı olmalıyıq” Devid Hili

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi Şimali İrlandiya mətbuatına danışıb.

Newsport.az xəbər verir ki, “Belfast Telegraph”a açıqlamasında mütəxəssis “Qarabağ”ın öz meydanında erkən qol vurmaq istəyəcəyini bildirib: “Vindsor Park”ı buradan üstün tuturam. Düşünürəm ki, həyəcanlı izdiham və bir az da yüngül ədavət olacaq. Rəqib ilk dəqiqələrdən qol axtarışına çıxacaq. Qarşıda duran vəzifə ilə bağlı oyunçularıma məlumat vermişəm. Özümüzə inanırıq. Bu, sadəcə bir mübarizədir. Ancaq oyunçularıma sonda komanda üçün yüksək nəticə əldə edə biləcəyimizi demişəm. Onlara bildirmişəm ki, daim nəyisə arzulasınlar. Çünki futbol qəhrəmanlar yaratmağı sevir. Biz bu gecənin qəhrəmanı olmalıyıq. Ümid edirəm ki, bir neçə oyunçu klub tarixinə öz adlarını yazdıracaq”.

Devid Hili komandadakı əhval-ruhiyyədən də danışıb: “Oyunçular inanır ki, bunu etmək mümkündür. Bacardığımız qədər pozitiv olacağıq. “Qarabağ”ın Avropa təcrübəsi var. Sona çatmasını istəmədiyimiz inanılmaz yollar keçmişik. Oyunçularımın bu matça tam hazır olduğuna inanıram”.

Qeyd edək ki,  bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq. Bu komandaların Belfatsdakı ilk matçında yerli komanda 3:2 hesabı ilə qalib gəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right