Millimizin sabiq üzvü rəsmən “Altınordu”da

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, son olaraq “Boluspor”un formasını geyinən, yayda sözügedən klubla yollarını ayıran millimizin keçmiş müdafiəçisi TFF 1-ci liqanın digər təmsilçisi “Altınordu”ya keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ufuk yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

29 yaşlı müdafiəçi Türkiyədə daha öncə “Əskişəhərspor”, “Qazişəhər”, “Kayserispor”, “Manisaspor” və “Samsunspor” klublarında da çıxış edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right