“Biz artıq gözləniləndən daha artığını etmişik” “Linfild”in oyunçusu

“Linfild”in müdafiəçisi Nayl Kvin Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu  ilə bağlı fikirlərini açıqlayıb.

Newsport.az “BelfastLive”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Linfild”in qrup mərhələsində oynamaq şanslarının çox olduğunu bildirib. Kvin “Qarabağ”ın dinamik oyun sərgilədiyini deyib: “Qarabağ”ın texniki baxımdan güclüdür, onlar səni hərəkətə gətiri bilirlər. Onlar heç gözləmədiyin halda səni qapının qarşısında sıxışdıra bilərlər. İlk oyunda futbolçularımız 11-12 kilometr məsafə qət etdilər. Bu, böyük göstəricidir. Amma “Qarabağ” kimi komanda ilə oyunda belə hallara hazır olmalısan”.

Nayl Kvin “Qarabağ”ın “Dundalk”a doğma meydanda 3:0 qalib gəldiyini qeyd edərək rəqibin evdə fərqli oyun göstərəcəyini deyib: “Asan oyun olmayacaq, ancaq futbolun gözəlliyi də elə bundadır. İsti hava amili bizə bir qədər çətinlik yarada bilər. Bununla belə, biz heç kimin gözləmədiyi halda ilk matçda 3:2 hesablı qələbə qazanmışıq. Əks-hücuma yaxşı çıxan və onu tamamlaya biləcək oyunçularımız var. Bizim üçün bu oyun inanılmaz təcrübə olacaq. Bacardığımızdan artığını edə bilmərik. Amma biz həmişə nəyisə arzulayırıq. Bilirik ki, qələbə komandaya qrupa düşərək Avropanın nəhəng klubları ilə oynamaq üçün böyük imkan yaradacaq. Hamı bizim şanslarımızın olmadığını deyirdi. Ən gözəli isə üzərimizdə təzyiqlərin olmaması idi. Biz artıq gözləniləndən artığını etmişik”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right