35-ci olan kapitan

Cavid Hüseynov kapitanı olduğu "Zirə"də qol hesabını açıb.
 
Newsport.az-ın klubun saytına istinadən yayığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilk qolunu özünün 2-ci oyununda vurub. O, Premyer Liqanın “Neftçi” ilə ev matçının 27-ci dəqiqəsində fərqlənərək “Qartallar”a minimalhesablı qələbə qazandıran qolun müəllifi olub.
 
C.Hüseynov “Zirə”nin Premyer Liqadakı oyunlarda rəqib qapısına yol tapan 35-ci futbolçusudur. Onadək 34 oyunçu bunu bacarıb. Bombardirlər siyahısına isə 14 qol vuran Nelson Bonilla başçılıq edir.
 
Bütün turnirləri nəzərə almaqla Cavidə qədər 57 futbolçu “Zirə” forması ilə fərqlənmişdi. Hüseynov bu siyahıda 58-ci olub




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right