"Sabah"dan ayrıldı, 2 ayda 2 klub dəyişdi

"Sabah"ın sabiq futbolçusu Miloş Boşançiç "Vozdovaç"da çox qalmayıb. Newsport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yerli komandanı tərk edib.

Halbuki martda "Sabah"la yollarını ayıran orta sahə oyunçusu "Vozdovaç"la keçən ay müqavilə imzalamışdı. Lakin cəmi 1 ay sonra futbolçunun sözləşməsinə xitam verilib. Maraqlıdı ki, Boşançiç artıq özünə yeni komanda da tapıb. Belə ki, o, Serbiyanın digər klubu "Rad"la anlaşıb.

Qeyd edək ki, Miloş Boşançiç ötən ilin yayında "Keşlə"yə keçsə də, sentyabrda "Sabah"a üz tutmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right