"Qarabağ" ardıcıl 6-cı dəfə qrupda! Yenilənib

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxacaq. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq. 

Belfastda baş tutan ilk oyunda 2:3 hesabıyla məğlub olan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də bəs edəcək.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1 
Qol:
 Xayme Romero, 6 (1:0), Abdullah Zubir, 89 (2:0), Şeyn Leyveri, 90+2 (2:1)
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right