"Azərbaycanın uduzmasına təəccübləndim"

“Azərbaycan yığmasının Lixtenşteynə uduzmasına təəccübləndim. Lixtenşteyn qrupda ilk qələbəsini qazandı”. Newsport.az saytının məlumatına görə, bunu Slovakiyanın U-21 yığmasının baş məşqçisi Adrian Qula deyib.

Onun komandası AVRO-2021-in seçmə mərhələsinin ilk oyununu sentyabrın 6-da Azərbaycan millisinə qarşı keçirəcək. Heyəti açıqlayan Qula həmçinin yerli mətbuata açıqlamasında fikirlərini də bölüşüb.

Baş məşqçi yığmamızın çatışmayan cəhətlərindən də söz açıb: "Azərbaycan futbol oynamaq istəyir, bu üzdən də müdafiədə boşluqlar buraxır. Lixtenşteynlə görüşdə onlar dominantlıq etdilər, daha yaxşı oynadılar. Ancaq bizə qarşı da hücumda effektli olmayacaqlarına inanıram. Əgər hesabı biz açsaq, rəqib risk etmək məcburiyyətində qalacaq ki, bu da işimizə yarayacaq".

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right