Yığmamız yenə uduzdu

Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir.

Newsport.az-ın məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrupda sonuncu oyununa çıxıb.

 

A qrupunda yer alan millimizin budəfəki rəqibi Latviya olub. İlk iki matçda İsrailə (0:6) və Ukraynaya (2:4) məğlub olan komandamız yenə də uduzub - 0:2.

Yığmamız avqustun 30-u, Bakı vaxtı ilə saat 13:00-da 7-ci yer uğrunda görüşdə Litva komandası ilə qarşılaşacaq.
 

Viktor Bannikov turniri
29 avqust

Azərbaycan - Latviya - 0:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right