"Linfild" Bakı bulvarında Foto

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” dünən axşamdan Bakıdadır.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komanda 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxs ilə Bakıya gəlib.
 
Oyunçular bu gün şəhər gəzintisinə çıxıblar. Komandanın rəsmi saytında Bakının oteldən görünən mavi dəniz mənzərəsini və mavi səması haqda deyilir: “Hal-hazırda Bakıda hava istidir.  Bura gözəl, kosmopolit, səs-küylü, həyat dolu və əlbəttə, Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right