"Qarabağ"ı ilk oyunda məğlub etməklə əla iş gördük" "Linfild"in futbolçusu

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan “Linfild”in müdafiəçisi Mark Stafford  sabah Ağdam klubu ilə Bakıda keçiriləcək oyun haqda fikirlərini bildirib.

Newsport.az “Belfast Telegraph”a istinadən xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi əvvəlcə "Qarabağ"la ilk oyunda dubl edən 20 yaşlı Şeyn Leyveri haqqında danışıb: “O, çox istedadlıdır. İstənilən vəziyyəti dəyərləndirməyi bacarır. Mən başa düşmürəm ki, o necə bu komandaya pulsuz transfer olunub. O, həqiqətən xüsusi oyunçudur. “Qarabağ”ın təcrübəli oyunçuları ilə bacara bilirdi. Vurduğu ikinci qol baxımlı alınmışdı. Rəqib cavab oyununda onunla ehtiyatlı olacaq. Biz özümüzə və ona inanırıq. Mübarizə aparılan yerdə hər zaman ümid olur”.

Mark Stafford komandasının Avropa Liqasında irəliləməsinin puldan daha vacib olduğunu diqqətə çatdırıb: “Bizimçün “Linfild”in heyətində tarix yazmaq puldan daha önəmlidir. Paltardəyişmə otağında yalnız bizim haqqımızda danışılması çox gözəl bir hissdir. “Linfild”in tarixinə öz adımızı yazmaq istəyirik”. 

Müdafiəçi “Linfild”in səfərdə necə oynamalı olduğundan da danışıb: “İşimizə köklənmişik. Oyuna diqqətlə yanaşırıq. Yaxşı nəticə qazanmaq üçün belə heyətə sahib olmaq lazımdır və ümid edirəm ki, Azərbaycandakı  cavab oyununda da birliyimiz bizi möhkəm edəcək. Əgər rəqib bizə pressinq etsə və daim təzyiq altında saxlasa, bu halda biz müdafiədə oturub, əks-hücumlar haqqında düşünməli olacağıq. Doğma meydanda da belə etmişdik. Onları ilk oyunda məğlub etməklə əla iş gördük. Bilirik ki, rəqibin  yaxşı oyunçuları var. Buna şübhəmiz yoxdur. Həmçinin, biz də onlar üçün təhlükəli olmalıyıq. İlk oyunda əla nəticə qazandıq, komanda yoldaşlarımla fəxr edirəm. Səfərdə vurulan 2 qol rəqib üçün üstünlükdür”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək “Qarabağ” - “Linfild” görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right