I divizion klublarına qeyri-adi cəzalar

AFFA İntizam Komitəsinin (İK) bugünkü iclasında I divizionun ilk turunda qeydə alınan neqativ hallar müzakirə olunub. Newsport.az saytının məlumatına görə, bəzi klublar yenə peşəkarlığa yaraşmayan nöqsanlara görə cərimələnib.

“Zaqatala” – “Sabah-2” oyunu öncəsi qonaqların nümayəndəsi iclasda iştirak etməyibsə, “Səbail-2” – “Turan Tovuz” görüşündə xərək daşıyan uşaqlar yaşların əsasnaməsinə uyğun olmayıb. Bu üzdən “Sabah-2” və “Səbail-2” 80 manat məbləğində cərimə olunub.

“Zirə-2” – “Ağsu” qarşılaşması öncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsinin olmaması meydan sahiblərinə 40 manatlıq cərimə bahasına başa gəlib.

“Kəpəz” - MOİK və “Qaradağ Lökbatan” – “Sumqayıt-2” görüşündə ev sahibi olan komandalar “A” buraxılışından istifadə etmədiyindən, 80 manat cərimələnib. Bundan başqa, “Qaradağ Lökbatan” matçın protokolunu vaxtında tərtib etmədiyindən, daha 80 manatlıq cəriməyə məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right