"Zirə"nin 30-cu ev qələbəsi

“Zirə” Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, mövsümün II turuna təsadüf edib. Yeni mövsümdə ilk dəfə doğma divarlar arasında oynayan “Qartallar” “Neftçi”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Komanda öz meydanında keçirdiyi 61-ci matçında “30”a çatıb. “Zirə” yüksək dəstədə debüt etdiyi 2015/16 mövsümündə 12, növbəti çempionatda yeddi dəfə qonaqları xalsız qoyub. 2017/18 mövsümündə altı, ötən yarışda 4 qələbəsi olan “Qartallar” evdəki otuz uğurundan beşincisini indiki baş məşqçisi Samir Abasovla qazanıb.

“Zirə”nin Premyer Liqada əlamətdar ev qələbələri:


1-ci. 09.08.2015. Zirə - AZAL - 1:0
10-cu. 20.03.2016. Zirə - AZAL - 4:2
20-ci. 13.08.2017. Zirə - Səbail - 2:1
30-cu. 26.08.2019. Zirə - Neftçi – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right