Qurban Qurbanov "Azərsun Arena"da, Devid Hili "Tofiq Bəhramov"da

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Linfild" oyunöncəsi mətbuat konfranslarının vaxtları müəyyənləşib.

Newsport.az xəbər verir ki, ilk olaraq media qarşısna təmsilçimizin baş məşqçisi Qurban Qurbanov çıxacaq. Təcrübəli mütəxəssis sabah - avqustun 28-də saat 17:45-də "Azərsun Arena"da jurnalistlərin suallarını cavablandıracaq.

Bundan 1 saat sonra isə Şimali İrlandiya klubunun baş məşqçisi Devid Hilinin mətbuat konfransı keçiriləcək. 40 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxacaq. Mətbuta konfranslarından sonra həmin stadionlarda komandaların ilk 15 dəqiqəsi media üçün açıq olmaqla məşqləri keçiriləcək.  

Xatırladaq ki, "Qarabağ" - "Linfild" görüşü saat 20:00-da avqustun 30-da Respublika stadionunda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right