"Qarabağ"la oyuna tam hazırıq" - Ağabala Ramazanov

"Səbail"in hücumçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlamasında komandasının Premyer Liqaya uğurlu startından danışıb.

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü bunun onlara əlavə motivasiya verdiyini söyləyib.

Ramazanov III turda "Qarabağ"la keçiriləcək görüş barədə də fikirlərini bölüşüb. O, oyuna tam hazır olduqlarını vurğulayıb: "Qarabağ"a qarşı oyunlar hər zaman çətin keçir. Lakin komanda yaxşı formadadı, mövsümə iki qələbə ilə başladıq və növbəti matça tam hazırıq".

Qeyd edək ki, ilk iki turdan sonra yalnız "Qarabağ" və "Səbail" itkisiz irəliləyir. Bu komandalar arasındakı oyun sentyabrın 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right