Milli komanda bu dəfə Ukraynaya uduzdu Yenilənib

Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Vüqar Məmmədin çalışdırdığı kollektiv “Yubileynıy” stadionunda Ukrayna yığması ilə qarşılaşıb.

Matçın ilk hissəsində ukraynalılar dörd qol vurub. Millinin heyətində ilk hissədə Rəşad Həsənov qırmızı vərəqə alıb. Fasilədən sonra reqlaməntə görə, milli komanda yenə 11 nəfərlə mübarizə aparıb. Ukrayna millisi isə ikinci hissədə az şans qazanan futbolçuları meydana buraxıb. Azərbaycan millisi ikinci hissədə iki qol vurub. Musa Musazadə və Mirmövsüm Canıyev millinin qollarına imza atıb.

Qrupun digər matçında İsrail Latviyaya 1:0 hesabı ilə qalib gəlib.

Milli ilk oyunda İsrailə 0:6 hesabı ilə uduzub.

Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 29-da Latviyaya qarşı keçirəcək. Vüqar Məmmədin yetirmələri qrupda sonuncudur.

 

Ukrayna - Azərbaycan - 4:2

Qollar: Musa Musazadə, Mirmövsüm Canıyev.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right