Namiq Ələsgərov: "Bu vəziyyətdən çıxmaq üçün bir qələbə lazımdır"

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Premyer Liqanın ikinci turunda səfərdə "Zirə"yə uduzduqları (0:1) oyundan sonra Newsport.az-a müsahibə verib.
 
- Yəqin ki, məğlubiyyəti gözlənilməz oldu.
- Gözləmirdik deyəndə ki, bu gün qələbə qazanmaq istəyirdik. Vəziyyətin normallaşması üçün bu, vacib idi. Çox çalışsaq da, alınmadı.
 
- Məğlubiyyətin səsəbini necə izah edə bilərsən? Son zamanlar “Neftçi”nin ətrafında söz-söhbətlər artıb. Bunun təsiri nə dərəcədədir?
- Bunu heç fikirləşmirdik. Ancaq qalib gəlməyi düşünürdük. Pis oynamadıq, yaxşı mübarizə apardıq. Buna baxmayaraq, qol epizodlarını dəyərləndirmədik və məğlub olduq.
 
- Klub ətrafındakı söz-söhbətlər komandaya necə təsir edir? Azarkeşlərin də təzyiqi artıb, istefaya səsləyirlər.
- Bu barədə danışmaq istəmirəm.
 
- Onsuz da qəliz vəziyyətdəsiniz. Azarkeşlər təzyiq edəndə sizə daha çətin olmur?
- Danışmaq istəmirəm.
 
- “Bney Yehuda”nı keçsəydiniz, daha fərqli ab-hava ola bilərdi?
- Keçsəydik, daha yaxşı psixoloji durumda olardıq. Komandaya yaxşı təsir edəcəkdi. Artıq bunu tez bir zamanda unutmalı və çempionata köklənməliyik. Nəticələrimizi yaxşılaşdırmalıyıq.
 
- İki oyuna bir xal toplamısınız. Bu gedişlə necə olacaq “Neftçi”nin axırı? Sizi “qara zolaq”dan nə çıxara bilər?
- Bir qələbə lazımdır ki, bu vəziyyətdən çıxaq. Gələn oyuna maksumum çalışacağıq ki, bu vəziyyətdən qurtulaq.
 
- “Neftçi” bu ildə çempionluq üçün çalışacaq?
- Əlbəttə, çalışacağıq ki, bunun üçün yarışaq. Hədəfimiz çempionluqdur və bunun üçün mübarizə aparacağıq.
 
- Ötən çempionluğu sona iki-üç tur qalmış əldən verdiniz. Bu dəfə necə olacaq?
- Hələ çempionat təzə başlayıb, indidən danışmaq tezdir. Hədəfimiz mövsümün əvvələrindən çempionluq idi. Ancaq Premyer Liqaya pis başladıq. Hər şey öz əlimizdədir, qarşıda çox oyun var, vəziyyəti yaşılaşdıra bilərik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right