Rəşad Sadiqov yaşıl meydanlara qayıtdı

Azərbaycan Premyer Liqasının ikinci turunda "Keşlə" səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldi.

Newsport.az-ın məlumatına görə, "Keşlə"nin heyətində Rəşad Sadiqov ikinci hissənin sonlarında meydana daxil olub. 35 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2018-ci ildə "Neftçi"nin heyətində meydana çıxmışdı. O, mayın 20-də Premyer Liqanın son turunda Gəncədə "Kəpəz"ə qarşı oynamışdı.

Azərbaycan millisini sabiq üzvü ölkə çempionatında 387-ci oyununu keçirib. Sadiqov daha bir oyun keçirsə, Azər Məmmədova çatacaq.

Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçu isə Mahmud Qurbanovdur. "Professor" 421 dəfə yaşıl meydanlara ayaq basıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right