“Səbail” 50-ni arxada qoydu

“Səbail” Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Newsport.az xəbər verir ki, bu, II turun “Sumqayıt”la səfər matçına təsadüf edib.

Bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində ikinci qola imza atan Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub. Belə ki, bu görüşədək Premyer Liqada 57 oyun keçirən “Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017-18 mövsümündə yüksək dəstədə debüt edən komanda ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib.

Cari mövsümün ilk turunda 1 qola sevinən “Səbail” bu rəqəmi 48-ə çatdırıb. 58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-di. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdu. O, 2017-ci il avqustun 13-də “Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right