Quliyevli “Spartak”dan çətin qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krılya Sovetov”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ayaz da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb. 90-cı dəqiqədə isə Quliyevə sarı vərəqə göstərilib.

“Spartak” 7 turdan sonra 14 xalla 16 kollektiv arasında zirvəyə şəriklik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right