"Linfild"in bir azarkeşi Bakıya gəlir

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq  Şimali İrlandiyanın “Linfild” klubunu Bakıda cəmi bir azarkeş dəstəkləyəcək.

Newsport.az-ın Belfast klubunun saytına istinadən yaydığı xəbərə görə, İngiltərənin Derbi şəhərindən olan Filipp Middlton komandasına dəstək üçün paytaxtımıza gələcək. O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.

F.Middlton Avroliqanın ikinci təsnifat mərhələsində "HB Torşavn"la (Farer adaları) səfər görüşündə də komandasını dəstəkləyən yeganə azarkeş olub.

Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" oyunu avqustun 29-u saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right