Millidə yeganə qolunu Azərbaycana vuran hücumçu: "Bakıda ağır matçımız var"

Xorvatiya millisinin futbolçusu Borna Barişiç Bakı səfərinin asan olmayacağını düşünür.
Newsport.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığması ilə qarşılaşmalara çağırılan "Reyncers"in 27 yaşlı hücumçusu bu matçlarda millisinə nəticə qazanmaqda kömək etmək istəyir:
 
"Peşəkar futbolçuyam və əlbəttə, oynamayanda, heç vaxt xoşbəxt olmayacam. Ancaq baş məşqçi məni oynadacağını desə, həmişə buna hazıram. Mənim üçün öz ölkəmin milli komandası üçün çıxış etmək çox vacibdi. Qarşıda Slovakiya və Azərbaycala ağır matçlarımız var. "Reyncers"lə Avropa Liqasının pley-off mərhələsi matçından sonra milliyə yollanacam və həmin əsmi görüşlərə ciddi hazırlaşacağıq". 
 
Qeyd edək ki, Borna millidə yeganə qolunu məhz millimizə vurub. Bu, cari seçmə mərhələnin startında Azərbaycan üzərində Zaqrebdə 2:1 hesablı əzmkar qələbədə olub ki, hücumçu tarazlığı bərpa edib. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right