Nicat Şixəlizadə 1/4 finalda, qadınlarımız erkən uduzdu Yenilənir

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, yarışın ikinci günündə 3 idmançımız tatami üzərinə çıxacaq.

Kişilərin yarışında medal ümidlərimizdən olan Nicat Şixəlizadə qüvvəsini sınayacaq.

Qadınların yarışında isə Gültac Məmmədəliyeva və Larisa Florian medal qazanmağa çalışacaq.

Bu çəkidəki təmsilçimiz Nicat Şıxəlizadə yarışa uğurlu başlanğıc edib. İlk olaraq vyetnamlı Quoc Xuanı üstələyən idmançımız ardınca müvafiq olaraq Yerlan Serikzanov (Qazaxıstan) və Almaz Altınbekə (Qırğızıstan) qalib gəlib. Şıxəlizadənin 1/4 finaldakı rəqibi Mohamed Abdelmavqud (Misir) olacaq.
 
Qadınlar, 52 kq
İdmançımız Gültac Məmmədəliyeva birinci mərhələdə mozambikli Jaciro Ferreyranı məğlub edib. Lakin 1/16 finalda özbəkistanlı Diyora Keldiyorova önündə aciz qalıb.
 
Larisa Aleksandra Florian da eyni aqibətlə üzləşib. Honq-Konq cüdoçusu Şuk Ki Çuiya qalib gələn cüdoçumuz növbəti mərhələdəki rəqibi Natalya Kuzutinaya (Rusiya) məğlub olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right