Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 10-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Yaroslavl “Şinnik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

Komandasının yeganə qolunu da Əliyev vurub. O, 47-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

“Ximki” 10 turdan sonra 24 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right