"Qarabağ" "Qəbələ"ni, "Keşlə" "Sabah"ı məğlub etdi Yenilənib

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Günün ilk matçında "Sabah" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesabı qələbəsi ilə başa çatıb. Digər qarşılaşmada "Qəbələ" son çempion "Qarabağ"ın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. 

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

 

25 avqust (bazar)

 

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0 
Qollar:
 Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
“Azersun Arena”

18:45. “Sabah” – “Keşlə” - 0:1
Qol:
 Vüsal İsgəndərli, 45
Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right