Riad Rəfiyev: "Hakim qərəzli idi"

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın 2-ci turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az-ın məlumatına görə, Rəfiyev hakimi qərəzli idarəçilikdə günahlandırıb.

- Məğlub olmağımızın səbəbini hakimdən soruşsaz, daha yaxşı olar.  Hamıdan yaxşı o bilir. Ən yaxşısı məndən yox, hakimdən soruşun.

- Demək istəyirsiz ki, ilk dəqiqədəki epizod həlledici oldu?

- Əlbəttə.

- Ancaq oyunun sonlarında lehinizə penalti də verdi...

- 90+6-cı dəqiqədə? Hesab 0:3 olarkən bizim lehimizə belə qərar vermək lazım deyil. Penaltiləri qayda pozuntusu olanda vermək lazımdır.

- Hakimə haqq qazandırmıram. Ancaq şəxsən mənə görə, “Sumqayıt” bu gün futbol oynamadı...

- Mən sizin fikrinizə hörmətlə yanaşıram. Hər insanın öz fikri var. Mənim fikrimcə isə bu gün uduzmağımızın yeganə səbəbi hakimdir.

- Bununla bağlı oyunun protokolunda hər hansı etiraz yazılacaq?

- Əlbəttə, yazılacaq.

- Cəmi 2 tur geridə qalsa da, hakim səhvləri olur. Bununla bağlı AFFA Hakimlər və Hakim-İnspektorlar Departamentinə müraciət etməyi düşünürsüz?

- Bunu danışmışıq, bilirik. Təki, qərəz olmasın. Amma belə epizodları hakim görmürsə, başqa nə deyəsən?

- Bunu qərəz hesab etmək olar, yoxsa, sadəcə, səhv idi?

- Mənim fikrimcə, hakim qərəzli idi.

- “Sumqayıt” kimi komanda birinci dəqiqədəki epizoddan sonra belə sınmalı idi?

- Birinci dəqiqədə rəqibin oyunçusuna qırmızı vərəqə verilmədi. Bir dəqiqə sonra təmiz penaltimiz verilmədi. 3 dəqiqə sonra qapımıza penalti təyin edir. Bunlar hamısı yekunda komandamıza təsir edir. Futbolçular da adamdırlar. Onların da psixologiyası var.

- Bugünki oyun göstərdi ki, yarımmüdafiə xəttində çıxış edən gənclər təzyiq altında oynaya bilmirlər. Yeni transferlər gözlənilirmi?

- Özünüz vəziyyətin necə olduğunu bilirsiz. Yarımmüdafiə xəttinə futbolçu lazım olduğunu deyirsiz. Bir oyunçu adı çəkin ki, biz gətirə bilərik, amma gətirmirik. Bilirsizsə, deyin. Bəlkə mən tanımıram. Yerli uşaqlarla oynamağa məcburuq. Bəzilərinin transferi alınmayıb. Elələri də var ki, onlarla danışırıq. Bəzi klublar yüksək təzminat tələb edir. Bəzi oyunçuların isə səviyyəsi Premyer Liqadan aşağıdır.

- Paltardəyişmə otağında futbolçularla söhbət etdiz. Maraqlıdır, nə dediz?

- Klubun daxili məsələsidir.

- Bildiyimiz qədərilə baş hakim vaxtı ilə “Şərurspor”un futbolçusu olub. O “Şərurspor” ki danışılmış oyunlara görə dağılıb...

- Mən bu barədə heç nə deyə bilmərəm. Çünki məlumatım yoxdur. Sadəcə, şəxsi fikrimi dedim ki, hakim qərəzli idi. Öz fikrimi səsləndirməyə ixtiyarım var. Demirəm ki, hakim sırf belədir. Öz fikrimi bildirirəm. Harda futbol oynayıb, nə edib, bilmirəm





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right