"Zirə"nin "Neftçi" ilə 17-ci dueli

“Zirə” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Neftçi” ilə görüşəcək.

Newsport.az-ın məlumatına görə, bu, "qartallar"ın cari mövsümdə ilk ev oyunu olacaq.

Komanda ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq. İlk dəfə 2015-16 mövsümündə üz-üzə gələn rəqiblər arxada qalan 4 çempionatın hərəsində dörd dəfə münasibətlərini aydınlaşdırıblar. “Zirə” əvvəlki çempionat matçlarında üstünlüyə malikdi. Oyunların yarısında – 8 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib və üç dəfə meydandan xalsız ayrılıb. Top fərqində də öndə olan zirəlilər texniki nəticə nəzərə alınmamaqla 20 qol vurub, 15-ni buraxıb.

“Neftçi”nin qapısına ən çox qol vuran futbolçu Luis Alberto Diez 3 dəfə fərqlənməyə müvəffəq olub. Nelson Bonilya, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvane 2 dəfə rəqib qapısına yol tapıb. Ümumilikdə "Zirə"nin 13 oyunçusu bu matçlarda qol sevinci yaşayıb. Bir top isə rəqib avtoqolu sayəsində gerçəkləşib.

İndiyədək 8 dəfə evdə “Neftçi” ilə üz-üzə gələn “Zirə” 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçdan xalsız ayrılıb. Doğma divarlar arasında 9 qol vuran qəsəbə təmsilçisi 5 top buraxıb.

“Zirə” – “Neftçi” oyunu avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right