Dabo üzr istədi

"Neftçi"nin futbolçusu Baqali Dabo azarkeşlərdən üzr istəyib.

Newsport.az saytının məlumatına görə, bu barədə o, şəxsi "İnstagram" səhifəsində yazıb:

"Mən eyniyəm, dəyişməmişəm. "Neftçi" üçün hər şeyimi vermişəm. Ötən mövsümdə də komanda üçün bacardığımı etmişəm. Xahiş edirəm ki, gələndə məni söyməyin. Mənə inanın, dəstək olun. Söyüşlərim azarkeşlər haqda deyildi. Üzgünəm, məni bağışlayın".

Qeyd edək ki, 31 yaşlı hücumçu  bugünlərdə şəxsi “İnstagram” səhifəsində "Neftçi"nin bir qrup azarkeşini təhqir edib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right