"Düz top oynasanız, "Neftçi" kimi cəzalanarsınız"

"Qələbə qazanmaq və bunu qol buraxmadan etmək çox önəmli idi". Newsport.az saytının məlumatına görə, bunu "Malmö"nün baş məşqçisi Uve Rösler deyib.

Avropa Liqasının pley-off mərhələsində "Bney Yehuda"nı qəbul edən İsveç təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşən Rösler "Bney Yehuda"nın III mərhələdə "Neftçi" üzərində qazandığı qələbənin onlar üçün yaxşı dərs olduğunu söyləyib: "Bney Yehuda" "Zrinski" kimi, meydanda nə etdiyini yaxşı bilən komandadı. Xüsusən də, arxa xətdə çox aqressivdilər. Səbirsiz olsanız və düz top oynasanız, Azərbaycan komandası ("Neftçi") kimi əks-hücumdan cəzalanarsınız. Topla intizamlı və necə hücum etmək lazım olduğunu göstərməli idik. Rəqibin topu ələ keçirər-keçirməz dərhal irəli atılmasının qarşısını almalı idik. Düşünürəm ki, futbolçularımız qarşıya qoyulan tapşırığa əməl etdilər".

Qeyd edək ki, "Bney Yehuda" Bakıda 2:2 hesablı bərabərə qaldığı "Neftçi"ni doğma meydanında 2:1 hesabı ilə məğlub etmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah