Azərbaycan yerində saydı, Qazaxıstan bir pillə irəlilədi UEFA-nın reytinqi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Newsport.az xəbər verir ki, səfərdə Şimali İrlandiyanın “Linfild” klubuna 2:3 hesabı ilə uduzan "Qarabağ" Azərbaycana xal qazandırmayıb.

 

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. Qazaxıstan "Astana"nın BATE üzərində qələbəsindən (3:0) sonra xallarını 18,750-yə çatdırıb və bir pillə irəliləyib. Hazırda qazaxlar 24-cü sırada qərarlaşıb. Mövqeyini itirən Belarus isə 18,625 xalla 25-ci sırada qərarlaşıb. Azərbaycanın ən yaxın izləyicisi olan Polşanın 16,625 xalı var.

 

Bu mövsüm Azərbaycana "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni başa vurub. "Qarabağ"ın bu mövsüm qazancı 1 xaldır.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right