Azərbaycanlı futbolçu İspaniya klubunun hədəfində

"Neftçi"nin müdafiəçisi Elvin Sərkərov karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə "San-Sebastyan-de-Los-Reyes" klubu maraqlanır. Komandanın baş məşqçisi Manolo Xesus Kano Elvinin oyunlarını izlədiyini və rəhbərliyi altında görmək istədiyini bildirib.

"San-Sebastyan-de-Los-Reyes" İspaniyanın Sequnda B Liqasında mübarizə aparır və qarşısına Sequndaya yüksəlmək hədəfi qoyulub. Futbolcunun agenti Əbülfəz Hafizoğlu keçmişdə az da olsa, İspaniyada oynayıb.

Sərkərov "Neftçi"nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm Latviyanın "Dauqavpils" klubuna icarəyə verilmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right