Ramil Şeydayevə yeni rəqib

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" daha bir oyunçunu heyətinə qatıb. Newsport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva klubu "Portu"nun forvardı Tikinyo Soareslə anlaşıb.

Ruslar braziliyalını 1 il müddətinə icarəyə götürüb. Bu keçid portuqaliyalılara 3 milyon avro qazandırıb. "Dinamo" eyni zamanda Tikinyonu 12 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdi.

Qeyd edək ki, Tikinyo Soares "Portu"ya 2017-ci ildə 5,6 milyon avro qarşılığında "Gimaraeş"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right