“Qarabağ”da növbəti problem daha 3 oyunçusu zədələndi

Sabah Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaq “Qarabağ” bir neçə futbolçusuna görə problemlə üzləşib.

Newsport.az xəbər verir ki, əsas heyətin üzvlərindən Bədavi Hüseynov, Filip Ozobiç zədəli, Riçard Almeyda, həmçinin Rahil Məmmədovun cəzalı olduqlarına görə qarşıdakı matçı buraxacaqları məlum idisə, indi daha bir neçə oyunçunun görüşü buraxması ehtimalı yaranıb. Hələlik sabahkı görüşə çıxıb-çıxmayacaqları qətiləşməsə də, “Qarabağ”ın əsas heyətinin daha iki müdafiəçisi – Maksim Medvedyev və Ailtonun də zədəsi var. Onlar hər ikisi məşqlərdə zədə alıblar. Yarımmüdafiəçi Simeon Slavçev də zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right