Azərbaycanlı futbolçu rəmzi yığmada Foto

Rusiya Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib. Newsport.az xəbər verir ki, InStat-ın təhlilinə əsasən seçilən “11-lik”də azərbaycanlı futbolçu da yer alıb.
 
Belə ki, Moskva “Spartak”ının formasını geyinən Ayaz Quliyev paytaxt derbisində MOİK-lə qarşılaşmadakı performansı ilə buna nail olub.
 
Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo”dan isə Maksimilian Filipp simvolik komandaya düşüb.
 
Qeyd edək ki, 6 turdan sonra “Zenit” 14 xalla turnir cədvəlinə başçılıq edir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right