Dabo niyə meydana çıxmayıb? Klubdan açıqlama

“Dabo ilə bağlı heç bir problem yoxdur. Sadəcə məşqçinin qərarı onun oynamamağı idi. Ciddi heç bir problem yoxdur”. Bu sözləri Newsport.az-a açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib. 

Klub rəsmisi “Sabah”la qarşılaşmada meydana çıxmayan və Roberto Bordinə etiraz etdiyi deyilən Baqali Dabo ilə bağlı fikirlərini bölüşüb. 

Allahverdiyev onunla bağlı heç bir narahatlığın olmadığını dilə gətirib: “Sadəcə normal vəziyyət idi. Adı ilk “23-lüy”ə salınmamışdı. “Bney Yehuda” ilə matçda Dabo ikinci hissədə meydana çıxmışdı. Ona görə qərar verilməyib. Hər bir futbolçu belə halla üzləşə bilər. Normal vəziyyətdir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right