Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun hücumçusu Zlatan İbrahimoviçi səhv salıb.

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla oyunlar üçün heyəti açıqlayarkən yanlışlığa yol verib. O, "Ərzurumspor"da çıxış edən Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Prosineçkinin yanlışlığını jurnalistlər gülüşlə qarşılayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right