"Səbail"dən 10-cu ev qələbəsi

Premyer Liqanın 2019/2020 mövsümünə “Zirə” üzərində qələbə ilə başlayan “Səbail” yubiley uğuruna imza atdı.

 

Newsport.az PFL-ə istinadən xəbər verir ki, “ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn bakılılar ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail oldu.

 

Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdi. Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf etdi. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər” bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatdı. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdilər – 1:0.

 

Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dır – 258.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah