"Azərbaycan aldadıcı komandadı" - slovakiyalı futbolçu

"Əsas milliyə dəvət alsam, çox sevinərəm. Məşqlərdə bütün gücümlə çalışıram ki, yığmaya çağırılsam, ora 100 faiz hazır vəziyyətdə gedim". Newsport.az xəbər verir ki, bunu slovakiyalı futbolçu Kristian Herts deyib.

U-21 yığmasının üzvünün hədəfi əsas milliyə çağırılmaqdı. Ancaq 21 yaşlı yarımmüdafiəçi U-21-ə kömək etməyə də hazırdı.

Herts AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinə qarşı gələn ay keçiriləcək matçı səbirsizliklə gözlədiyini söyləyib: "Yığmanın oyunları öncəsi həmişə səbirsizlənirəm. Bizim U-21 yığmamız çox yaxşı heyətə malikdi. Seçmə mərhələyə Azərbaycan səfərində start götürəcəyik. Yarışa məhz Azərbaycanda uğurlu başlanğıc edəcəyimizə və sələflərimizin 2017-ci ildəki Avropa çempionatında əldə etdiyi uğuru təkrarlayacağımıza inanıram. Hazırkı vəziyyət əvvəlki təsnifat mərhələsinə oxşayır. İspanlar favoritdi. Qrupdan iki komanda növbəti mərhələyə adlayacaq. Digər ciddi rəqibimiz İsveçrə olacaq. U-17-də olarkən Gürcüstana necə məğlub olduğumuzu xatırlayıram. Azərbaycan isə aldadıcı komandadı və onları da yüksək dəyərləndirməliyik".

Qeyd edək ki, Slovakiyanın U-21 yığması AVRO-2021-in seçmə mərhələsində ilk oyununu sentyabrın 6-da Bakıda millimizə qarşı keçirəcək. Azərbaycan isə qrupdakı birinci matçında Lixtenşteynə uduzub (0:1).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah