"Sabah"ı Serbiya klubuna dəyişdi

"Sabah"dan ayrılan Marko Deviçin yeni klubunun adına aydınlıq gəlib. Newsport.az saytı xəbər verir ki, Serbiya əsilli futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, 36 yaşlı forvard Super Liqa təmsilçisi "Vozdovaç"la müqavilə bağlayıb. Belqrad klubu xüsusi video ilə Deviçi azarkeşlərə təqdim edib. Bununla Ukrayna millisinin sabiq üzvü 2004-cü ildə qısa müddət formasını geyindiyi "Vozdovaç"a yenidən qayıdıb.

Qeyd edək ki, ötən mövsümü "Sabah"da keçirən Marko Deviç yay fasiləsində ölkəmizi tərk edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah